Antonio Kassano karyerasını başa vurdu

24 Sentyabr 2014 09:31 (UTC+04:00)

"Parma" komandasının hücumçusu Antonio Kassano bir daha İtaliya millisinin formasını geyinməyəcək. Bu barədə futbolçunun özü məlumat verib. Bildirib ki, artıq yığmadan getmək vaxtıdır. Komanda yeni erasına mənsiz başlayacaq.

Otuz iki yaşlı forvard İtaliya millisinin heyətində 39 oyun keçirib və 10 qol vurub. Kassano İtaliya millisinin heyətində Braziliyada keçirilən dünya çempionatında, eləcə də 3 dəfə Avropa çempionatında iştirak edib.