Ollanddan Qarabağ mesajı

22 Sentyabr 2014 19:42 (UTC+04:00)

Fransa prezidenti Fransua Olland Ermənistan prezidentinə göndərdiyi məktubda Dağlıq Qarabağdan danışır. Oland Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə uğurla nizamlanmasını arzu edib. Ermənistan mətbuatından bildirilir ki, Fransua Olland bu barədə Ermənistan prezidenti Serj Sarkisyana bu ölkənin müstəqillik günü ilə bağlı göndərdiyi təbrik məktubunda deyib.

"Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqların yaxın gələcəkdə uğurla nəticələnməsini arzu edir. Bu məqsədlə sizi oktyabrda Parisdə qarşılamaqdan şad olacağam" - deyə Olland söyləyib.