Paytaxtda 2 otaqlı evdə yanğın olub

21 Sentyabr 2014 14:11 (UTC+04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, yanğın paytaxtın Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı tikintisi başa çatmayan evdə baş verib. Nəticədə, evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.