“Cəmiyyətdə qadınların rolu” mövzusunda konfrans keçirilib

19 Sentyabr 2014 18:11 (UTC+04:00)

Sentyabr ayının 19-da YAP Qusar rayon təşkilatı Heydər Əliyev Mərkəzi ilə birlikdə "Müasir cəmiyyətdə qadınların rolu mövzusunda konfrans keçirib. Konfransda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar, partiyanın fəal üzvləri iştirak ediblər. SİA-nın xəbərinə görə, konfransı giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru, YAP Qusar rayon təşkilatı Qadınlar şurasının sədr müavini Neva Abdurahmanova müasir dövrdə cəmiyyətin aparıcı qüvvəsi olan qadınların rolundan danışıb.

Sonra YAP Siyasi Şuranın üzvü,YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov müstəqil Azərbaycanın inkişafında qadınların fəaliyyətinin əvəzsiz olduğunu qeyd edib. David İbramxəlilov bildirib ki, Ümumilli Lider Heydər Əliyevin həyata keçirdiyi dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu il ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində qadınların rolundan danışan İbramxəlilov eyni zamanda qeyd edib ki,partiyanın məqsədi seçkilərdə fəallıq nümayiş etdirmək,qadın bələdiyyə üzvlərinin sayını daha da artırmasına nail olmaqdır.

Konfransda çıxış edən YAP Qusar rayon təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Qlıçova da qeyd edib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gərgin fəaliyyəti qadınlara bir nümunədir. O, bildirib ki,əvvəliki seçkilərlə müqayisədə qadınların sayı parlamentdə dörd dəfə, bələdiyyədə isə beş dəfə artıb. Rayon təşkilatında 5418 nəfər partiya üzvü olan, 2399 nəfərin qadın olduğunu qeyd edən K.Qlıçova qadınların ictimai-siyasi həyatında fəallığın artırılması üçün bu qüvvədən səmərəli istifadə ediləcəyini vurğulayıb.

Konfransda Qusar bələdiyyəsinin üzvü Reyhan Hüseynəliyeva, Xürəl kənd orta məktəbin direktoru, ərazi ilk partiya təşkilatının sədri Rübabə Xasmətova qadınların ictimai-siyasi həyatında fəallığın artırılması istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən söhbət açıblar.

Tədbirin sonunda konfrans iştirakçıları rayonun sənətkar qadınlarının əl işlərdən ibarət sərgiyə baxış keçiriblər.