Bu rayonlarda qaz olmayacaq

19 Sentyabr 2014 10:29 (UTC+04:00)

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, qaz nəqli sistemində təmir işlərinin aparılması ilə əlaqədar bu gün saat 14:00-dək Xaçmaz rayonunun Xudat qəsəbəsinə, saat 18:00-dək isə Şamaxı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.