Avro-2020-yə ev sahibliyi edəcək şəhərlər açıqlanacaq

19 Sentyabr 2014 09:57 (UTC+04:00)

Bu gün İsveçrənin Cenevrə şəhərində UEFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. SİA-nın məlumatına görə, iclasda Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlərin siyahısı müəyyənləşəcək. Qalib şəhərlər Bakı vaxtı ilə saat 16:00-da başlayacaq mərasimdə elan olunacaq. Tədbirdə Azərbaycanı adları aşağıda göstərilmiş şəxslərdən ibarət nümayəndə heyəti təmsil edəcək:

1. Rövnəq Abdullayev - AFFA-nın prezidenti

2. Elşad Nəsirov - AFFA-nın vitse-prezidenti

3. İskəndər Cavadov - Futbol veteranı, AFFA-nın İcraiyyə Komitəsinin üzvü

4. İqor Ponomaryov - Futbol veteranı, 1988-ci il Olimpiya çempionu

5. Muxtar Babayev - AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin sədri, Milli Məclisin deputatı

6. Elxan Məmmədov - AFFA-nın baş katibi, Baku-2020 İşçi Qrupun sədri

7. Berti Foqts - Azərbaycan milli komandasının baş məşqçisi

8. Zaur Qəhrəmanov - AFFA-nın baş sponsoru olan SOCAR-ın nümayəndəsi

9. Könul Mehtiyeva - AFFA-nın Beynəlxalq Əlaqələr Departmenti, Baku-2020 sifariş komitəsinin koordinatoru

10. Əminə Heydərova - 19 qızlar yığmasının üzvü (FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin iştirakçısı)

11. Nigar Cəlilli - 19 qızlar yığmasının üzvü (FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin iştirakçısı)