Vətən oğlu, adın düşüb
Dilə-dişə, bilirsənmi?
Əməlindən qürur duyur,
Dost həmişə, bilirsənmi?
Dayanmısan, məğrur, mətin.
Xidmətində bu millətin.
El-obaya məhəbbətin.
Verib rişə, bilirsənmi?
Nifrətin var, xəyanətə,
Heyranam, bu dəyanətə,
Əl atanlar cinayətə,
Düşüb işə, bilirsənmi?
Şərəflidir adın-sanın,
Həqiqətdir düz ünvanın,
Az qalıb ki, nadanların,
Bağrı bişə, bilirsənmi?
Nəzakətin nitqi sadə,
Dinməyir həddən ziyadə,
Çoxlarını bu iradə,
Çəkib şişə, bilirsənmi?
Nəzakət Məmmədli