Serenay Sarıkaya Çağatay Ulusoyla sevgisindən danışdı

18 Sentyabr 2014 15:15 (UTC+04:00)

Türkiyənin tanınmış siması Serenay Sarıkaya media mənsubları ilə görüşüb. SİA-nın verdiyi xəbərə görə, jurnalistlərin suallarını cavablandıran Serenay Sarıkaya həmkarı Çağatay Ulusoy ilə bağlı maraqlı açıqlamalar verib. Aktrisa Çağatayla işlərində və şəxsi həyatlarında hər şeyin yaxşı olduğunu bildirib: "Şəxsi həyatımla bağlı bir çox məqamları gizli saxlamalıyam. Onu da deyim ki, heç bir şey mətbuatda yayıldığı kimi deyil".