Məşhurlar uşaqlıqlarını yada saldılar

18 Sentyabr 2014 14:18 (UTC+04:00)

Türkiyənin tanınmış simaları hər kəsi səhhətinə fikir verməyə səsləyib. SİA-nın verdiyi xəbərə görə, bunun üçün fotokamera qarşısına keçən tanınmışlar uşaq obrazı cildinə girərək balacaları canlandırıb. Layihədə aktyorlar Tamer Karadağlı, Oqtay Kaynarca, futbolçular - Səlçuk İnan, Sabri Sarıoğlu, şoumen Məhməd Əli Ərbil və digərləri iştirak edib.

Qeyd edək ki, fotolar bir çox məktəblərdə və ticarət mərkəzlərində nümayiş olunacaq.