Kaue Sesilyo: "Çalışacağıq ki, istədiyimiz nəticəni qazanaq”

18 Sentyabr 2014 11:37 (UTC+04:00)

"Qəbələ" ilə oyuna hazırlığımız yüksək səviyyədə keçir. Hamımız növbəti oyuna köklənmişik". SİA-nın məlumatına görə, bu sözləri "Neftçi" PFK-nın futbolçusu Kaue Sesilyo deyib. Yarımmüdafiəçi həftə sonu "Qəbələ" ilə keçiriləcək oyun haqda fikirlərini bildirib: "Rəqibə hörmətlə yanaşırıq. Bilirik ki, çempionatın iddialı komandalarından biridir. "Qəbələ" öz dəsti xətti və oyun üslubu olan komandadır. Xüsusən də doğma meydanda yaxşı təsir bağışlayır. Hazırda 4-cü pillədə qərarlaşması da çox şeydən xəbər verir. Fikrimcə, çox gərgin və maraqlı qarşılaşma olacaq. Çalışacağıq ki, öz oyunumuzu göstərək və istədiyimiz nəticəni qazanaq".