Xalq artisti oğluna toy etdi

17 Sentyabr 2014 11:12 (UTC+04:00)

Xalq artisti Ağadadaş Ağayev oğluna vağzalı çaldırıb. SİA-nın verdiyi xəbərə görə, sənətçini xoş günündə sənət dostlarından Rüfət Axundov, Babək Niftəliyev, Eldəniz Məmmədova və başqaları tək buraxmayıb.

Qeyd edək ki, Ağadadaş Ağayevin 4 oğlu, 1 qızı var. Xalq artistinin birinci oğlunun toyu ötən il baş tutmuşdu.