İlk oyunda heç-heçə

17 Sentyabr 2014 09:56 (UTC+04:00)

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Dubay şəhərində təşkil olunmuş turnirdə ilk oyununu keçirib. SİA-nın məlumatına görə, futbolçularımızın rəqibi Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət komandası olub. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.