Sənətçinin gizli saxladığı sirri ortaya çıxdı

17 Sentyabr 2014 09:43 (UTC+04:00)

Dünyaca məşhur müğənni Rihannanın gizli saxladığı sirri üzə çıxıb. SİA-nın verdiyi xəbərə görə, sənətçi ailəsi və dostları ilə birlikdə Barbadosda dincələrkən dənizə köməkçisi və üzmə avadanlıqları ilə girib. Bu günədək təhlükəsizlik tədbirləri görmədən dənizə və hovuza girmədiyi söylənən pop ulduzu bu dəfə də üzgüçülük aparatı olmadan suya baş vurmayıb.

Qeyd edək ki, Rihannanın dənizdən qorxmasının səbəbi məşhur olmamışdan öncə istirahət edərkən qəflətən ayağının yanında balıq görməsidir. Təşvişə düşən müğənni şok keçirərək uzun müddət nitqini itirib, hətta yardım üçün heç kimi çağıra bilməyib. İstirahət edənlərdən biri vəziyyətin fərqinə varınca onun köməyinə çatıb.