Fəzail Ağamalı: ““Freedom House” bütün hesabatlarında Azərbaycana qarşı olub” AÇIQLAMA

16 Sentyabr 2014 12:53 (UTC+04:00)

""Freedom House" beynəlxalq təşkilatı erməni lobbisinin təsiri altındadır. Həmin təşkilat ermənilər tərəfindən maliyyələşir". Bunu SİA-ya Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən müxalifətyönlü QHT, siyasi müxalif partiya rəhbərlərinin "Freedom House" beynəlxalq təşkilatı tərəfindən himayə olunmasına münasibət bildirərkən deyib.

Partiya sədrinin sözlərinə görə, bu təşkilat bütün fəaliyyətini anti-Azərbaycan işi üzərində qurub: ""Freedom House" təşkilatı bütün hesabatlarında Azərbaycana qarşı böhtanlar və iftiralar yağdırıb. Bu təşkilat öz hesabatlarında Ermənistanı avtoritar rejim, demokratik bir ölkə kimi təqdim etməkdə davam edir. Buradan çıxarılan nəticə odur ki, həmin təşkilat erməni xüsusi xidmət orqanlarının və erməni lobbisinin təsiri altındadır.

Bu gün "Freedom House" təşkialtı da Leyla Yunus kimi şəxsləri ona görə müdafiə edir ki, ona bu cür komanda verilib. Təbii ki, bu bir-birinə sıx bağlı məsələdir. Biz bu cür təşkilatları onların hesabatlarından-hesabatlarına tənqid etməklə kifayətlənməli deyilik. Əkinsə biz onların bütün mahiyyətini, varlıqlarını və anatomiyasını açıb bütün dünyaya nümayiş etdirməliyik".