Azərbaycanlı rejissor Türkiyədə tamaşa hazırlayıb

15 Sentyabr 2014 20:42 (UTC+04:00)

Türkiyənin Antalya Böyükşəhər Bələdiyyə Teatrının dəvəti ilə tamaşa hazırlamaq üçün qardaş ölkəyə gedən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, rejissor, Əməkdar Artist Nofəl Vəliyev Vətənə dönüb. Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən bildirilib ki, Nofəl Vəliyev Türkiyədə aktrisa və yazar Pərvin Ünalpın "Gec qalanlar" əsəri əsasında hazırlan tamaşaya quruluş verib.

Birhissəli psixoloji dram insanların öz duyğularının gec fərqinə varmaları, "sevirəm" sözünü demək üçün gec qaldıqlarını əks etdirir.
İki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin sənət və mədəni səviyyədə möhkəmlənməsini təmin edən bu layihə yeni birgə işlərin başlanğıc mərhələsi kimi dəyərləndirilə bilər.

Hazırda iki teatr rəhbərliyi arasında aparılan danışıqlar nəticəsində qarşılıqlı yaradıcılıq müqaviləsinin imzalanması üçün razılıq əldə olunub.