Dövlət başçısı Liam Foksu qəbul edib

15 Sentyabr 2014 17:54 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın keçmiş müdafiə naziri, parlamentin üzvü Liam Foksu qəbul edib. SİA-nın məlumatına görə, görüşdə L. Foks bildirib ki, coğrafi və geosiyasi baxımdan əlverişli ölkə olan Azərbaycanın getdikcə əhəmiyyəti daha da artır. O, müəllifi olduğu kitabı Azərbaycan prezidentinə təqdim edib.

Ölkəmizin siyasi və iqtisadi baxımdan uğurla inkişaf etdiyini diqqətə çatdıran prezident İlham Əliyev Azərbaycanın mövqeyinin daha da möhkəmləndiyini məmnunluqla vurğulayıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.