İstirahət günləri 11 nəfər yol qəzasında ölüb

15 Sentyabr 2014 14:05 (UTC+04:00)

Azərbaycanda ölümlə nəticələnən yol qəzaları davam edir. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şənbə və bazar günləri respublikanın avtomobil yollarında 16 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 11 nəfər ölüb, 20 nəfər xəsarət alıb.