55 yaşı tamam olan xalq artisti doğum gününü keçirməyəcək

15 Sentyabr 2014 11:08 (UTC+04:00)

Bu gün xalq artisti Brilliant Dadaşovanın doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, ifaçının 55 yaşı tamam olur. Sənətçi xoş gününü təntənəli şəkildə qeyd etməyəcək.

Nəzərinizə çatdıraq ki, xalq artisti Brilliant Dadaşova Bakı şəhərində anadan olub. İfaçının musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlayıb. O, 1985-ci ildə Moskvada keçirilən Ümumdünya Gənclər Festivalından sonra ilk dəfə böyuk səhnəyə gəlib. 1986-cı ildə Akif İslamzadənin "Hər şey gözəldir həyatda" adlı mahnısını oxuduqdan sonra Azərbaycanda məşhurluq qazanıb. Həmin ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxarıb. Brilliant Dadaşovanın 1994-cü ildə "Sevəcəyəm" adlı musiqi albomu çıxarır. Bu disk həm Azərbaycanda, həm də Türkiyədə çox uğurlu olub. Brilliant Dadaşova 2008-ci ildə xalq artisti adına layiq görülüb. Anası Azərbaycanın qarmon ifaçısı Qızxanım Dadaşova avtomobil qəzasında həlak olub. Bir oğlu var. Həm Azərbaycan, həm də Türkiyə vətəndaşıdır.

Qeyd edək ki, müğənni yaxın günlərdə sevənlərinə söz və musiqisi Tural Bayraməliyevə məxsus olan "Səndən ayrı" adlı mahnısına Maldiv adalarında çəkilən klipini təqdim edəcək.