Jurnalist partlayış zamanı aldığı xəsarətdən dünyasını dəyişdi

13 Sentyabr 2014 11:58 (UTC+04:00)

Xırdalanda baş vermiş partlayış nəticəsində xəsarət almış Vidadi İsmayılov bu gecə dünyasını dəyişib. SİA-nın xəbərinə görə, bu barədə Respublika Yanıq Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, sentyabrın 8-də saat 06:30 radələrində Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində 9 nəfər yaralanıb, 3 nəfər isə ölmüşdü. Onun bədəninin 90%-ı yanmışdı. Ağciyərləri də yandığı üçün tənəffüs problemləri var idi"

Xatırladaq ki, V. İsmayılov "Aztelekom" İstehsalat Birliyində İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis vəzifəsində çalışıb.