Xarici ölkə alimləri Seysmoloji Xidmət Mərkəzində olublar

12 Sentyabr 2014 20:39 (UTC+04:00)

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MTİ) "Şərqi Aralıq dənizi və Qafqazın geodinamikası" layihəsinin rəhbəri, doktor Robert Reilinger, MTİ-nin yer, atmosfer və planetlər bölməsinin elmi işçisi Mayk Floyd, Moskva Dövlət Universitetinin professoru Vadim Milyukov, eləcə də Türkiyənin Yıldız Texniki Universiteti və Gürcüstanın İliya Universitetinin nümayəndələri AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində olublar.

MEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən azərtac-a bildiriblər ki, görüşdə bu elm müəssisəsində aparılan elmi-tədqiqat işlərinə dair təqdimat nümayiş etdirilib. Həmçinin qonaqlar Azərbaycan seysmoloqlarının fəaliyyəti və iş metodu ilə də yaxından tanış olublar.