AZAL-dan sərnişinlərə yeni aksiya

12 Sentyabr 2014 15:47 (UTC+04:00)

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı – Nyu-York və əks istiqamətə uçuşlarında xüsusi aksiya keçirir. SİA-nın xəbərinə görə, belə ki, Bakı - Nyu-York - Bakı marşrutunun uçuş qiyməti 599 avro, Nyu-York-Bakı-Nyu-York istiqamətinə isə 799 ABŞ dolları təşkil edir.

Uçuş və satış tarixləri sentyabrın 15-dən martın 28-ə qədər qüvvədə qalır.