Gürcüstanın Baş nazirinin ölkəmizə rəsmi səfəri başa çatdı

12 Sentyabr 2014 14:40 (UTC+04:00)

Sentyabrın 12-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb. SİA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülü.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini hava limanında Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola salıblar.