Qaçaqmalçılığın qarşısı alındı

12 Sentyabr 2014 13:23 (UTC+04:00)

Azərbaycanın gömrük orqanları tərəfindən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş spirtli içkilər və tütün məmulatları aşkarlanıb. DGK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu günlərdə Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsi və Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi, 2-ci döngə ünvanında yerləşən qarajlara baxış zamanı Azərbaycan Respublikasının vətəndaşı Bağışov Həsrət Nüsrət oğluna məxsus külli miqdarda xaricdə istehsal olunmuş aksiz markasız spirtli içkilər, həmçinin siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.