Türkiyə TANAP-la bağlı 2 sənədi təsdiq edib

12 Sentyabr 2014 12:07 (UTC+04:00)

Türkiyə parlamenti Trans-Anadolu boru kəməri ilə bağlı (TANAP) iki sənədi ratifikasiya edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbər görə, qonşu ölkənin Parlamenti "TANAP kəmərinin sistemi ilə bağlı Sazişə dəyişikliklərin edilməsi haqqında" qanun layihəsinə və "TANAP-la bağlı Azərbaycanla Türkiyə arasında imzalanan Anlaşma Memorandumu"nu təsdiq edib.