Elçin Mirzəbəyli: "Səid Nuri on ildən artıqdır ki, ermənilərə xidmət edir"

12 Sentyabr 2014 12:05 (UTC+04:00)

"S.Nuri on ildən artıqdır ki, ermənilərlə işbirliyindədir. Hələ 2005-ci ildə bu adamların yaratdıqları təşkilat ermənilərə xidmət edirdi. Onun kimilər üçün vətən, dövlət və vətənə, dövlətə xidmət anlaşıyı olmur. O, ABŞ-ın müəyyən dairələrinə cüsus kimi işləyir. Boş yerdən deyil ki, neçə il bundan öncə ABŞ vətəndaşlığını da alıb". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib.

Son günlərdə müxalifətçi S.Nuri ətrafında baş verən hadisələrə münasibət bildirən E.Mirzəbəyli onu da qeyd edib ki, S.Nuri uzun müddətdir ki, ABŞ-da ölkəmiz əleyhinə kompromatlar yayır, dövlətçiliyimiz haqqında mənfi imic formalaşdırırdı: "O, bütün bunları nə ilə edir? Təbii ki, ermənilərin pulu, dəstəyi hesabına. Şübhəsiz ki, belələri üçün ABŞ-ın qucağında əyləşib erməniyə xidmət etmək daha yaxşıdır. O, Azərbaycana gələndən sonra yayılan pornogörüntülər də məhz elə onların özləri tərəfindən sosial şəbəkələrdə yayılmışdı. Onlar bununla S.Nurini iqtidarın qurbanı kimi müdafiə edib öz məqsədlərinə çatmaq istəyirdilər. Amma alınmadı. S.Nuri nə Azərbayacan iqtidarı, nə də cəmiyyətimiz üçün önəmli biri deyil. Heç onu tanıyan da yoxdur. O kimdir ki, ona görə hansısa plan hazırlansın".