Neft ucuzlaşıb

12 Sentyabr 2014 09:52 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,01 dollar ucuzlaşaraq 1 barelə görə 92,82 dollar təşkil edib. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,32 dollar ucuzlaşaraq 97,76 dollar olub.