Millimiz İsveçrə yığması ilə qarşılaşıb

12 Sentyabr 2014 09:51 (UTC+04:00)

İtaliyanın Jesolo şəhərində təşkil olunmuş dünya çempionatının seçmə oyunlarının ikinci mərhələsində çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib.SİA-nın məlumatına görə, İsveçrə yığması ilə qarşılaşan millimiz 2:4 hesabı ilə məğlub olub. Futbolçularımızdan Hikmət Bağırov və Orxan Məmmədov fərqlənib.

Qeyd edək ki, bu mərhələnin ilk oyununda futbolçularımız İngiltərə yığmasına 4:5 hesabı ilə uduzmuşdu.