Azərbaycan və Fransa arasında hərbi məsələlər müzakirə edilib

11 Sentyabr 2014 20:26 (UTC+04:00)

Sentyabrın 11-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Fransa Respublikası Silahlandırma Baş İdarəsinin Beynəlxalq İnkişaf Direktorluğunun nümayəndəsi, general-mayor Jan-Kristov Nuro ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və Fransa arasında qarşılıqlı maraq doğuran hərbi və hərbi-texniki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Fransanın ölkəmizdəki səfiri Paskal Mönye də iştirak edib.