“Ekologiyasız Həyat Yoxdur” adlı layihəsinin ikinci seminarı keçirilib

11 Sentyabr 2014 18:33 (UTC+04:00)

YAP Gənclər Birliyinin ofisində "Ekologiyasız Həyat Yoxdur" adlı layihəsinin ikinci seminarı keçirilmişdir. YAP Gənclər Birliyinin Layihələr üzrə koordinatoru Leyla Kərimova layihənin ikinci seminar proqramı haqqında gənclərə məlumat vermişdir.

Daha sonra Ekspert, Ekologiya İdarəsinin Texniki İstehsalat şöbəsinin mühəndisi Roman İsayev "ARDNŞ fəaliyyəti" , "Ətraf mühitin vəziyyətinin öyrənilməsi", "Neftlə çirklənmiş torpaqların təmizlənməsi" , "Tullantıların idarə olunması" , "Yaşıllaşdırma işləri" , "Eko-Park" layihəsi və s. mövzuları ətrafında gənclərlə müzakirə aparıb.

Qeyd edək ki, 12 sentyabr tarixində gənclər üçün ekoloji tur təşkil ediləcəkdir.

Məlumat üçün bildirək ki, Layihə "AZӘRBAYCAN - 2020: GӘLӘCӘYӘ BAXIŞ" İNKİŞAF KONSEPSİYASI"- nın 11-ci bəndindəki " Ətraf mühitin qorunması və ekologiya məsələləri" əsas tutaraq icra ediləcəkdir. Məhz ona görədə YAP Gənclər Birliyi Sentyabr ayını "Ekologiya ayı" elan edərək ekoloji layihələr həyata keçirəcək. Bir ay boyunca hər həftənin 5–ci günü təlimlər və 6-ci günü isə Ekoloji turlar təşkil ediləcəkdir. Sentyabrın 30-na qədər davam edən layihə çərçivəsində iştirak edən gənclər sonda bağlanış mərasimində sertifikatla təltif olunacaqlar. Layihənin sonunda eyni zamanda videçarxda hazırlanacaqdır.