Prezident Gürcüstanın Baş naziri ilə təkbətək görüşdü

11 Sentyabr 2014 12:39 (UTC+04:00)

Sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin təkbətək görüşü olub.
SİA-nın xəbərinə görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Gürcüstanın Baş nazirinin bu səfərinin ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə töhfə verəcəyi qeyd edilib.

Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.