Müğənni örtülü bazardan şikayət etdi

11 Sentyabr 2014 10:41 (UTC+04:00)

Bəstəkar-müğənni Nurlan Təhməzli fəaliyyətinə ara vermədən çalışır. SİA-nın verdiyi xəbərə görə, "Gəl, evlənək" adlı mahnısına çəkilən kliplə yaya damğasını vuran Nurlan pərəstişkarlarını yenə sevindirdi. O, bu dəfə pop janrına müraciət edərək "Örtülü bazar" adlı ritmik mahnını lentə aldırıb. Söz və musiqisi Zülfi Bədəlova aid mahnının mövzusu sevgiyə aid olsa da, "örtülü bazarın" dostluğu pozması haqda bəhs edir. Təhməzlinin bildirdiyinə görə, qeyri-adi ada malik mahnı tezliklə işıq üzü görəcək solo alboma da daxil ediləcək.

Həmin mahnını sizlərə təqdim edirik: