Sabirabadda qaz kəsiləcək

11 Sentyabr 2014 10:19 (UTC+04:00)

Sabirabad rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, Qaz nəqli şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 14:00-dan 16:00-dək Sabirabad rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.