Gəncədə kadr dəyişikliyi baş verdi

10 Sentyabr 2014 23:32 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məharət Mustafa oğlu Mustafayevin Gəncə şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi ilə bağlı Sərəncam verib. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı rəsmi sənədi Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq imzalayıb.