“Meqastar” sevənlərini coşdurdu

10 Sentyabr 2014 14:34 (UTC+04:00)

"Meqastar" Tarkanın açıq havada konserti baş tutub. SİA-nın verdiyi xəbərə görə, sənətçi gecə boyu bütün sevənlərini coşdurub. Konserti izləyənlər içərisində Sibel Can, Teoman, Tuba Ünsal, İşil Recber, Oğuzhan Koç, Eser Yenenler və İbrahim Büyükak kimi tanınmış simalar olub. Konsertdə maraqlı an yaşanıb. Belə ki, Tarkanın "Şımarık" mahnısını eşidən Sibel Can yerində dayana bilməyərək, səhnəyə qalxaraq, gecənin səbəbkarı ilə rəqs etməyə başlayıb. Onların bu rəqsi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertdən olan fotoları təqdim edirik:

Elnur Mustafabəyli