Lənkəranda sülh aylığı ilə bağlı tədbir keçirilib

10 Sentyabr 2014 12:19 (UTC+04:00)

Lənkəran Mərkəzi kitabxanasında sülh aylığı ilə bağlı maarifləndirici tədbir təşkil olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbirdə MKS-in direktoru Validə Məmmədova çıxış edərək bu sahədə olan qanunvericilik bazası haqqında geniş məlumatlar verib. Tədbirdə iştirak edən Mərkəzi kitabxananın şöbə müdiri Xədicə Məmmədova bu sahədə görülən işlərlə bağlı danışıblar. Tədbir çərçivəsində iştirakçılara BMT-nin İnsan Hüquqları konvensiyası, Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə müvəkkili (OMBUDSMAN) haqqında Qanununun müddəaları izah olunub, bu sahədə respublikamızda aparılan işlər və qanunvericilik bazası haqqında geniş məlumatlar verilib.

Sonda uşaqların ifasında sülhə, vətənə həsr olunan şeirlər söylənilib.

Sərraf Mirsəfəroğlu