Bolqarıstanda daşqın baş verib

10 Sentyabr 2014 00:25 (UTC+04:00)

Bolqarıstanda son günlərdə baş vermiş daşqınlar nəticəsində 80 yaşayış məntəqəsinə ziyan dəyib, elektrik enerjisinin təchizatı dayandırılıb.

Daşqınlar nəticəsində Burqas şəhərinə 1,5 milyon lev məbləğində ziyan dəyib. Bolqarıstanın Xarmanli, Simeonovqrad, Berkovitsa, Raynovo bölgələrində vəziyyət ağır qalmaqda davam edir.