Rusiya hərbi peyki partladı

9 Sentyabr 2014 22:15 (UTC+04:00)

Rusiya hərbi peyki "Kosmos-2495" ABŞ ərazisində partlayıb. Hadisə sentyabrın 2-də Kolorado və Vayominq ştatlarının səmasında baş verib. ABŞ-da mənzillənmiş Beynəlxalq Meteorit və Planetar Cəmiyyəti parlaq alovlu kürənin düşməsi ilə bağlı 30-dan çox şahidlərinin məruzəsini dərc edib.

Ehtimal olunur ki, peyk öz özünü məhv edib.

Ruslar "Kosmos-2495" peykini may ayında orbitə buraxıb. Onun kütləsi 7 tondur. Belə peyklər kiçik konteynerlərdə çəkib qurtarılmış foto lentləri yerə atırlar. Rusiyada bunlar Orenburq ərazisində yerə enir.