Gimnastlarımız Dünya kubokunda çıxış edəcəklər

9 Sentyabr 2014 21:53 (UTC+04:00)

Sentyabrın 12-13-də Minskdə batut üzərində tullanma üzrə Dünya Kuboku keçiriləcək. Yarışlarda ölkəmizi dörd idmançı – Oleq Piunov, İlya Qrişunin, Ruslan Ağamirov və Səbinə Zaytseva təmsil edəcək. Gimnastların hərəkətlərinə məşqçi Vladimir Şulikin nəzarət edəcək, hakimlər korpusunda ölkəmizin nümayəndəsi isə Adil Hüseynzadə olacaq.