Prezident Moldovanın Baş nazirinin müavinini qəbul edib

9 Sentyabr 2014 17:20 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri xanım Natalia Germanı qəbul edib. SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu məmnunluqla qeyd edildi, ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda bir-birinə verdikləri dəstəyin önəmi vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, kənd təsərrüfatı, infrastruktur layihələrinin həyata keçirilməsi və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.