Helq Şmidt: "Aİ “Şərq Tərəfdaşlığı” ölkələri ilə münasibətlərində sadiqdir”

9 Sentyabr 2014 12:34 (UTC+04:00)

"Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" ölkələri ilə iqtisadi və assosativ münasibətlərin davam etdirməsinə və inteqrasiyasına sadiq qalır". SİA-nın məlumatına görə, bu sözləri Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin müavini Helq Şmidt Bakıda keçirilən Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin növbəti 4-cü qeyri-rəsmi görüşünün açılışında çıxış edərkən deyib.

"Biz əməkdaşlığımızı xüsusilə də bizim üçün çox vacib olan enerji və təhlükəsizlik mövzularında daha da möhkəmləndirmək istəyirik"- deyə, Helq Şmidt əlavə edib.
Qeyd edək ki, bu gün Bakıda Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin dördüncü qeyri-rəsmi görüşü öz işinə başlayıb. Görüşün yekunları ilə bağlı mətbuat konfransının keçirilməsi gözlənilir.

Elvin Abdulqədirov