ADU-nun tələbəsi Strasburq Universitetində təhsil alacaq FOTO

9 Sentyabr 2014 10:17 (UTC+04:00)

Azərbaycan Dillər Universitetinin Tərcümə (Fransız dili) fakültəsinin magistratura dərəcəsinin 2-ci kursunda təhsil alan Şirəli Əliyev Dillər Universitetinin dəstəyi ilə yeni tədris ilində təhsilini Fransanın ITIRI (Institut de Traducteurs, d'Interprètes et de Relations Internationales) Strasburq Universitetinin Fransız, ingilis, türk dili üzrə Professional tərcümə fakültəsinin magistr pilləsində davam etdirəcək.

Şiralı Mövsüm oğlu Əliyev 1986-cı il aprelin 21-də Neftçala rayonunda mühəndis ailəsində anadan olub. 2003-cü ildə Azərbaycan Dillər Universitetinin Tərcümə (Fransız dili) fakültəsinin bakalavr pilləsinə qəbul olmuş Şiralı Əliyev 2007-ci ildə əlaçı diplomu ilə məzun olub. 2009-2012-ci illərdə qonşu Türkiyə Respublikasında turizm sahəsində əmək fəaliyyəti ilə məşğul olan Ş. Əliyev 2012-ci ildən hal-hazırkı dövrə qədər fəaliyyətini Azərbaycanda eyni sahə üzrə davam etdirir. 2013-cü ildə Dillər Universitetinin Tərcümə (Fransız dili) fakültəsinin magistr pilləsində təhsil alır.

Tərcümə sahəsində lazımi bilikləri əldə etmək və magistr təhsilini uğurla tamamladıqdan sonra öz peşəsini sevən bir tərcüməçi olaraq fəaliyyətini tərcümə sahəsində davam etdirmək istəyir. Geri döndükdən sonra Avropada əldə etdiyi bilik və təcrübələri doğma vətənə xidmət üçün tətbiq etməyi düşünür. Yalnız irəliyə, inkişafa apara biləcək təcrübənin ölkəmizin və xalqımızın rifahı üçün tətbiq etməyin hər bir azərbaycanlı üçün bir vətəndaşlıq borcu olmalı olduğu fikrindədir.