Dəmir yolunda əsaslı təmir işləri davam edir FOTO

9 Sentyabr 2014 09:42 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı sürətlə icra olunur.

Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir.

9 sentyabr 2014-cü ildə Poylu-Ağstafa mənzilində 2, 6 km yolun əsaslı təmirinə start verildi. Təmir işləri üç gün davam edəcək. Əsaslı təmir işlərini həyata keçirən "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir. "Dəmiryolservis" MMC-nin baş mühəndisi Əfsələfddin Gəncəliyevin SİA-ya verdiyi məlumata görə, səhər saatlarında artıq 500 metr köhnə yol sökülüb.

Qeyd edək ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafina dair Dövlət Proqramı"nın icrası çərçivəsində 10 iyun 2011-ci ildə Tatli-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, 10 dekabr 2013-cü ildə Ağstafa- Poylu mənzilində 317-cü kilometrin əsasli təmiri başa çatmışdır. Əsaslı təmir olunmuş 317 kilometr 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.