Dağıntılar altından 2 nəfərin meyiti çıxarıldı

8 Sentyabr 2014 17:56 (UTC+04:00)

Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu saata qədər xəsarət almış 9 nəfər vəfat edib, 2 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Xatırladaq ki, bu gün səhər saatlarında Xırdalanda qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yarımtikilidəki mənzillərin birində partlayış baş verib.