Azərbaycanla Moldova arasında iqtisadi məsləhətləşmələr aparılıb

8 Sentyabr 2014 17:31 (UTC+04:00)

Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin energetika nazirlərinin IV qeyri-rəsmi dialoq görüşündə iştirak etmək məqsədilə Bakıda səfərdə olan Moldovanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Adrian Kandu ilə görüşüb. Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyindən SİA-ya verilən məlumata görə, görüşdə tərəflər arasında mövcud iqtisadi əlaqələrə, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.