Çaylarda mövcud vəziyyət RƏSMİ

8 Sentyabr 2014 15:50 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlaylb. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazın çaylarında 30-120, Lənkəran-Astara bölgəsi çaylarında 10-20 faizini təşkil edir.Tranzit çaylarda hazırki vəziyyətSentyabrın 08-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 90 m3/s olmaqla ongünlük normanın 74 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər çox olmaqla 118 m3/s və ongünlük normanın 97 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 3-4 m3/s olmaqla, ongünlük normanın 5 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici dəfələrlə çox olmaqla 53 m3/s təşkil edərək ongünlük normanın 73 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 08-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 8, Salyanda 5, Bankədə və Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 288 sm (2013-cü il sentyabrın 08-də 340 sm), Şirvanda 125 sm (2013-cü il sentyabrın 08 -də 198 sm), Salyanda 65 sm (2013-cü il sentyabrın 08-də 155 sm), Bankədə 176 sm (2013-cü il sentyabrın 08 -də 221 sm), Araz çayının Novruzlu məntəqəsində isə 25 sm (2013-cü il sentyabrın 08-də 56 sm) təşkil edir.