Yeniyetmə oğurluq etmək istədi

8 Sentyabr 2014 14:49 (UTC+04:00)

Bakı sakinin evindən oğurluğa cəhd göstərmiş yeniyetmə oğlan saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da Məzahir İsmayılovun evindən oğurluğa cəhd göstərmiş şəxs saxlnılıb. Onun Bakı şəhər sakini, 14 yaşlı oğlan (Ə.M) olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.