Azərbaycanın Cenifer Lopesi danışdı FOTOLAR

8 Sentyabr 2014 14:27 (UTC+04:00)

Türkiyə mətbuatı yerli müğənnimiz Sevinc Ağaşirinovadan yazıb. İfaçını Azərbaycanın Cenifer Lopesi kimi qələmə veriblər.

Məsələ ilə əlaqədar olaraq Sevincin də fikirlərini öyrəndik. O, SİA-ya açıqlaması zamanı bunları dedi: "Sonuncu "Sən də get" klipimdən sonra görünüşümü çox bəyəniblər. Onsuzda hər kəs bilir ki, mən çox gözələm (gülür). Onu da deyim ki, sabah Türkiyəyə yola düşürəm. Qardaş ölkədə sentyabrın 15-dək davam edəcək Türkdilli ölkələrin festivalına qatılacam. Sözügedən festivalda "Sən də get" adlı bəstəmi səsləndirəcəm".