Xırdalanda baş verən partlayış nəticəsində 8 nəfər xəstəxanaya yerləşdirilib RƏSMİ

8 Sentyabr 2014 12:30 (UTC+04:00)

Səhiyyə Nazirliyi Xırdalanda yaşayış binasında baş vermiş partlayışla əlaqədar rəsmi açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

1 qadın Sumqayıt Mərkəzi Xəstəxanasına, 2 nəfər - ata və oğul Respublika Yanıq Mərkəzinə, 5 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb. Kliniki Tibbi Mərkəzə aparılanlardan 1-i artıq ilkin tibbi müayinələrdən sonra evə buraxılıb. 1 uşaq müalicə alınmaq üçün Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb, 3 nəfərin müalicəsi isə hazırda xəstəxanada davam etdirilir. Xəstələrin vəziyyəti ağır və normaldır.

Xatırladaq ki, Azərbaycanda binada partlayış olub. Partlayış Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında baş verib.