“Muğam qanadları”

8 Sentyabr 2014 11:56 (UTC+04:00)

Heydər Əliyev Sarayının təşkilatçılığı ilə "Muğam qanadları" adlı konsert proqramı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, oktyabrın 7-də baş tutacaq konsertdə xalq artistləri Simarə İmanova, Zabit Nəbizadə, muğam ifaçıları Babək Niftəliyev, Bəyimxanım Vəliyeva, Ehtiram Hüseynov, Arzu Əliyeva, İlkin Əhmədov, Səbuhi İbayev, Aytən Məhərrəmova, Rəvanə Ərəbova, Elnur Zeynalov və Gülay Qədirova iştirak edəcəklər.

Qeyd edək ki, konsert saat 19:00-da başlayacaq. Biletlərin qiyməti 10-30 manat arasında satışa çıxarılıb.