5 nəfərə tibbi yardım göstərilib

8 Sentyabr 2014 10:33 (UTC+04:00)

Xırdalanda binada baş verən partlayış nəticəsində 2 nəfərə ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparılıb. Bu barədə SİA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) bildiriblər.

Qurumdan həmçinin bildirilib ki, Xırdalan şəhər Təcili Yardım Stansiyasının əməkdaşları tərəfindən daha 5 nəfərə ilkin tibbi yardım göstərilib.

Xatırladaq ki, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib. Hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam etdirilir.